İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev Astanadan da Ermənistana sülh sazişi imzalamağı təklif etdi — Çingiz Qənizadə

671 14.10.2022 15:12 Region A A

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanın sülhsevər, Ermənistanın isə qəddar  ölkə olduğunu bütün dünyaya bəyan edib. İkinci Qarabağ  müharibəsindən sonra diplomatik korpusların,  həmçinin dünyanın aparııcı mediya və QHT nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı da beynəlxalq ictimaiyyət bunun şahidi oldu. Müharibədən sonra dövlət başçımız iştirak etdiyi tədbirlərdə, həmçinin xarici ölkələrə səfərləri zamanı  keçirdiyi görüşlərdə bu barədə ətraflı məlumat verib və erməni vandalizmini bütün dünyaya bəyan edib. Əgər beynəlxalq birlik vaxtında işğalçı ölkəyə sanksiyalar tətbiq etsəydi, bu özbaşınalıq və qəddarlıq, dağıntılar, günahsız insan qətlləri baş alıb getməzdi. Bugünlərdə  Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə toplantısının plenar iclasında çıxış edən dövlət başçımız erməni vandalizmi haqqında bir daha ətraflı məlumat verdi.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Komitə sədri Prezident İlham Əliyevin çıxışına istinadən bildirib ki, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi.  Bununla da 30 il davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurası tərəfindən  1993-cü ildə qəbul olunan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin icrasını özü təmin etdi. Hüqiq müdafiəçisi vurğulayıb ki, dünyada baş alıb gedən ikili standartlar , ədalətsizlik, islamofobiya , erməni vandalizminə laqeyd münasibət  Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib.

Ermənistanın Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törətdiyini diqqətə çatdıran hüquq müdafiəçisi  Birinci Qarabağ müharibəsindən bəri itkin sayılan 3900-ə yaxın Azərbaycan vətəndaşı barədə hələ də heç bir məlumat olmadığını  bildirib. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Ç.Qənizadə  işğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqların  aşkar olunduğunu xatırladıb. Bildirib ki, Ermənistanın Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatı hələ də təqdim etməməsinə beynəlxalq təşkilatların laqeyd münasibətinin ikili standarların hələ də mövcudluğunun təzahuru oduğunu bildirib.  

Ç.Qənizadə dövlət başçımızın işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox mina basdırılması barədə məlumat verdiyini xatırladıb: “İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır”.

Ç.Qənizadə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma, tikinti-bərpa işlərinə başlanılmasından  da söhbət açıb və bu işlərin beynəlxalq aləmin də diqqət mərkəzində olduğunu bildirib. Artıq həmin ərazilərə  “Böyük Qayıdış” proqramının icrasına  başlanılıb.  Ancaq ərazilərin minalanması bu proqramın icrasına  problem yaradır. Buna baxmayaraq,  hazırda  Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesi başlanıb. Bu işlər minaların təmizlənməsi  ilə bərabər aparılır.

Hüquq müdafiəçisi bildirib ki, dövlət başçımız çıxışında hazırda  Qarabağda erməni silahlı birləşmələrinin bölmələri tərəfindən təxribatlar törədilməsi barədə də məlumat verib. Deyib ki, Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir. Bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Prezident İlham Əliyev Azərbaycanın ədalətli sülhün tərəfdarıdı olduğunu bir daha diqqətə çatdırıb:”Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR