İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Bosniya və Herseqovinanın Azərbaycana göstərdiyi siyasi dəstəyi təqdir edib

249 13.04.2023 17:16 Siyasət A A

Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Bosniya və Herseqovinanın Azərbaycana göstərdiyi siyasi dəstəyi təqdir edib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev siyasi münasibətlərimizin daim çox yaxşı səviyyədə olduğunu, ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərdiklərini vurğulayıb.

Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə də Bosniya və Herseqovinanın həmişə ərazi bütövlüyümüzə və suverenliyimizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Azərbaycanın Bosniya və Herseqovinanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini diqqətə çatdıran dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi zamanı da Bosniya və Herseqovinanın Azərbaycana göstərdiyi siyasi dəstəyin təqdir olunduğunu deyib.

Qeyd edək ki, aprelin 13-də Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə geniş tərkibdə görüşü olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR