İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident: "Birgə səylərimizlə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə nail olacağıq"

267 03.05.2023 11:57 Siyasət A A

"Azərbaycan ilə Polşa arasındakı dostluq və əməkdaşlıq əlaqələri zəngin ənənələrə malikdir".

Musavat.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin polşalı həmkarı Andjey Dudaya ünvanladığı məktubda əksini tapıb.

"Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığımız məmnunluq doğurur. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda, xüsusilə də Avropa İttifaqı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq", - məktubda qeyd edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR