İnsanlara hürriyət, millətlərə istiqlal!

Praqada universitetdə atışma törədən şəxs uşaq qatili olub

527 28.12.2023 00:24 Dünya A A

Polis dekabrın 21-də Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində silahlı insident törədən tələbənin Klanovitse meşəsində dekabrın 15-də 32 yaşlı kişini və onun 2 aylıq uşağını öldürdüyünü etiraf etdiyi məktubu tapıb.

“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə şəhər polisinin mətbuat katibi Yan Danek məlumat verib.

Balistik müayinə daha əvvəl Klanovitse meşəsində istifadə edilən silahlarla universitetdə atışmanı həyata keçirən şəxsin yaşadığı evdə tapılan silahların uyğunluğunu nümayiş etdirib.

Dekabrın 15-də günorta saatlarında Klanovitse meşəsində kişi və iki aylıq qızı odlu silahla öldürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR