İnsanlara hürriyət, millətlərə istiqlal!

Praqa Universitetində dəhşətli qətliam: Ona yaxın ölü, onlarla yaralı var VİDEO

2089 21.12.2023 19:52 Dünya A A

Praqadakı Karlova Universitetinin fəlsəfə fakültəsində dəhşətli qətliam baş verib.

Musavat.com xəbər verir ki, yerli mətbuatın yazdığına görə, bir nəfər fakültəyə daxil olaraq qarşısına keçənlərin hamısını güllələyib.

Nəticədə 10-a yaxın şəxsin öldüyü, onlarla yaralının olduğu bildirilir.

Polis atəş açan şəxsin zərərsizləşdirildiyini, ölənlərin və onlarla insanın yaralandığını bildirib. Polis orqanının X hesabında yazılıb ki, "Cinayətkar zərərsizləşdirilib! Fakültə binası boşaldılıb. Bir neçə ölü və onlarla yaralı var”.

Seznam.cz xəbər portalı hücumçunun polisin keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bildirib.

Hadisənin şahidləri də öz növbəsində sosial şəbəkələrdə atəş açan şəxsi “uzun lüləli atıcı silahla” gördüklərini bildirirlər. Onların sözlərinə görə, fakültə binasında atışma xeyli müddət davam edib.

Fakültənin professor-müəllim heyəti və tələbələr binada atışma başlayandan sonra olduqları otaqlara kilidləndiklərini bildiriblər. Bu zaman cinayətkar dəhlizlərlə hərəkət edərək yolda rastlaşdığı hər kəsə atəş açıb.

idnes.cz xəbər portalı daxili işlər naziri Vit Rakuşanın hadisə yerinə getdiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR