İnsanlara hürriyət, millətlərə istiqlal!

Poqosyan Ermənistan-Rusiya münasibətlərindən danışdı: "4 ildir ki..."

863 08.09.2023 19:35 Son xəbər A A

"Ermənistanı udmağa çalışan pantürkist ideologiyası ilə güclü Türkiyə olduğu müddətdə Cənubi Qafqazda Avropa vektoru olmayacaq".

Musavat.com xəbər verir ki, bunu sentyabrın 8-də Ermənistan-Rusiya media forumu zamanı erməni sosioloq Gevorq Poqosyan deyib.

Onun sözlərinə görə, Avropa vektoruna orientasiya əslində Türkiyəyə yönəlmək deməkdir.

Poqosyanın fikrincə, hazırda regionda ya Türkiyə, ya da Rusiya dominantlıq edir. Erməni sosioloq dediklərinə misal olaraq Gürcüstanı göstərib. Onun iddiasına görə, Gürcüstan açıq şəkildə Avropayönlü vektor seçməsinə baxmayaraq, burada Türkiyənin təsiri də üstünlük təşkil edir.

Poqosyan Ermənistan-Rusiya münasibətlərinin azı 4 ildir ki, pisləşdiyinə diqqət çəkib.

"Bu gün Ermənistanla Rusiya arasında münasibətlərdə anlaşılmazlıq o həddə çatıb ki, narazılıq ictimai sahəyə sıçrayır", - deyə erməni sosioloq əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR