Polşa müxalifəti miqrantlara qarşı genişmiqyaslı etiraz aksiyası təşkil edib.
Musavat.com xəbər verir ki, Varşavanın mərkəzindəki Qala meydanında minlərlə insan toplaşıb.
Etirazçılar əsasən müxalif “Hüquq və Ədalət” (PiS) partiyasının tərəfdarları olub. Mitinqə partiyanın lideri Yaroslav Kaçinski rəhbərlik edib.
Eyni zamanda hakim koalisiyanın nümayəndələri “Hüquq və Ədalət” partiyasını ölkəyə çoxlu sayda qeyri-qanuni miqrantın gəlməsində ittiham ediblər.
Musavat.com






