İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa sürücüləri Ukraynaya 1 milyard avro zərər vurdu

1051 19.12.2023 21:57 Dünya A A

Polşa sürücülərinin iki ölkə sərhədindəki keçid məntəqələrinin işini əngəlləməsi nəticəsində Ukrayna iqtisadiyyatı 1 milyard avrodan çox itkiyə məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının vitse-prezidenti Vladimir Balin məlumat verib.

Balin həmçinin qeyd edib ki, Polşa iqtisadiyyatı daşıyıcıların etirazına görə daha çox pul itirib. Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsində yük maşınının boş qalma müddəti təxminən 300-350 avro arasında qiymətləndirilir. Bu səbəbdən daşıyıcılar, məsələn, yük maşınlarını başqa ölkələr vasitəsilə xaricə göndərməklə, zərərləri minimuma endirməyə çalışırlar.

Noyabrın 6-da Polşa daşıyıcıları Ukrayna ilə sərhəddə üç əsas keçid məntəqəsini bağlayaraq etiraz aksiyasına başlayıblar: Yaqodin - Dorohusk, Krakovets - Korczeva və Rava Russkaya - Hrebiene. Noyabrın 23-də onlara dördüncü əlavə edilib - "Medyka - Shegini". Onlar 2022-ci il fevralın 24-dən sonra Avropa İttifaqının Ukraynadan gələn yük maşını sürücülərinə verdiyi güzəştlərin ləğvini tələb ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR