İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa prezidentinin təyyarəsi ilə bağlı daha bir QƏZA

683 14.03.2024 14:55 Dünya A A

 

Polşa prezidenti Anjey Dudanın ABŞ-a səfəri zamanı təyyarəsi xarab olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Polşanın “Fakt” saytı məlumat yayıb.

Saytın məlumatına görə, təyyarədə ekipaj üçün göyərtədə olan monitorinq sistemi sıradan çıxıb.

Bu vəziyyətdə prosedurlara görə gəmi Polşaya qayıdır, lakin sərnişinləri daşıya bilmir.

Dudanın qayıdış uçuşunda təlimatlara uyğun olaraq ABŞ-a ehtiyat təyyarə gəlməlidir.

Lakin ehtiyat təyyarənin uçuş məsafəsi daha qısa olduğundan, onun marşrutu bir qədər dəyişəcək, çünki yanacaq doldurmaq üçün əlavə dayanacaq tələb olunacaq.

Saytın xəbərinə görə, bu məqsədlə prezident təyyarəsi Azor adalarına enəcək.

Bununla bərabər Dudanın NATO-nun baş katibi Yens Stoltenberq ilə cümə axşamı Brüsseldə keçirilməsi planlaşdırılan görüşü də vaxtında baş tutacaq.

Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinskinin olduğu təyyarə 2010-cu ilin aprel ayının 10-da Smolensk səmalarında müəmmalı şəkildə qəzaya uğramış, təyyarədə olan 96 sərnişinin hamısı faciəvi şəkildə həlak olmuşdu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR