İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa prezidenti Duda və baş nazir Tusk arasında ixtilaf - Media qovğası

451 21.12.2023 13:50 Dünya A A

“Dövlət mediası üzərində islahat anarxiyaya bərabərdir”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Polşa prezidenti Anjey Duda baş nazir Donald Tuskun rəhbərlik etdiyi yeni Polşa hökumətinin dövlət televiziya kanallarının rəhbərliyini dəyişdirmək üzrə hərəkətlərini belə adlandırıb.

Bildirilir ki, Tuskun komandası dövlət mediasını “yıxmağa” cəhd edib, bundan sonra bəzi kanallar yayımını dayandırıb. “Bu, hakimiyyətdə olduqları səkkiz il ərzində televiziya şirkətlərini öz ruporuna çevirən keçmiş hakim millətçilərin etirazına səbəb oldu”, - Bloomberg agentliyi yazır.

Dudanın fikrincə, dövlət mediasının rəhbərlərini dəyişmək üçün yeni hökumət lazımi qanunlar qəbul etməlidir, fərmanla islahat aparmamalıdır. "Bu, anarxiyadır, qanundan yayınmaq anarxiyadır", o deyib.

Bundan əvvəl məlum olmuşdu ki, Tuskun rəhbərlik etdiyi yeni hökumət dövlət televiziyası (TVP), Polşa radiosu və ölkənin xəbər agentliyi (PAP) üzərində nəzarəti bərqərar etməyə çalışıb. Qeyd olunur ki, builki parlament seçkilərinin nəticələrinə görə hakimiyyətini itirmiş “Hüquq və Ədalət” (PİS) partiyasının tərəfdarları bu media orqanlarına rəhbərlik edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR