İnsanlara hürriyət, millətlərə istiqlal!

Polkovnik AÇIQLADI: “Rusiya ilə bu 2 məsələ tez bir zamanda həllini tapmalıdır”

1888 21.02.2023 19:23 Gündəm A A

“Münxen konfransı çərçivəsində liderlərin görüşünün baş tutacağı sual altında idi. Çünki Paşinyan Münxen səfərinə son anda qərar verdi. Ona görə də 3 aydan çox çəkən fasilədən dərhal sonra hansısa sənədin imzalanması nəzərdə tutulmamışdı”.

Bunu Musavat.com-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl deyib.

6ee68f8b9892cd67f2ac685e2812cfb6.jpg (293 KB)

Ekspert bildirib ki, Azərbaycan üçün Münxen görüşü daha məhsuldar oldu: “Paşinyanın hərəkətlərindən, söylədiklərindən hiss olunurdu ki, belə bir görüşdən məmnun deyil. Azərbaycan Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin qoyulmasını beynəlxalq arenada yüksək səviyyədə səsləndirdi və həm ABŞ, həm də Avropa rəsmiləri bu mövqeni anlayışla qarşıladılar. Bu, Azərbaycan üçün Münxen konfransının əhəmiyyətinin və məhsuldarlığının göstəricisi sayılsa da, Ermənistan haqqında eyni sözləri demək olmaz”.

a1bd959f-4f15-3254-92d6-e0a631e084e2_850.jpg (94 KB)

İlham İsmayılın fikrincə, Moskva istənilən Avropa formatında Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsinə mənfi yanaşır: “Paris isə müzakirə tərəfdarı olsa da, nəticəsi onu qane etmədiyi üçün sadəcə susur. ABŞ-ın mövqeyi daha konstruktivdir və sülhün tez imzalanmasına, Rusiyanın Cənubi Qafqazdan tezliklə çıxarılmasına hesablanıb. Entoni Blinken “sülh üçün tarixi imkan yaranıb” deməklə, hər iki tərəfə mövcud beynəlxalq şəraitin əlverişliliyindən yararlanmağa çağırış edib”.

Ehtiyatda olan polkovnik xatırladıb ki, ötən ilin dekabrın 7-də Azərbaycan Prezidenti Brüssel görüşündən imtina edəndə Paşinyan və Makron öz hesabını götürmüşdü: “Ona görə də, Paşinyan köhnə şərtini səsləndirməyin mənasız olduğunu bəri başdan bilirdi. 4 aya yaxın fasilədən sonra Münxendəki görüş ola bilsin ki, aranı bir qədər yumşaltsın. Amma təşəbbüsün yenə Avropadan gələcəyi inandırıcı deyil, həm də Moskva tezliklə Avropa görüşlərini kompensasiya etmək üçün Rusiya ərazisində ən azı XİN rəhbərləri səviyyəsində görüşün baş tutacağına çalışacaq”.

Qeyd edək ki, Ermənistan fevralın 15-də Azərbaycan ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və təkliflərini rəsmi Bakıya təqdim edib. İddia olunur ki, Ermənistan yeni təkliflərdə yenə də Qarabağ erməniləri şərti qoyub. Paşinyanın bu müraciəti onu göstərir ki, İrəvan daxili basqılar və Qərbdən aldığı təlimatlarla yenidən separatizmi körükləyir.

63ef9bf48228363ef9bf482284167664741263ef9bf48227f63ef9bf482281.jpg (225 KB)

İlham İsmayıl hesab edir ki, Ermənistan sülh müqaviləsini imzalamağı yenə də süni şəkildə uzadacaq: “Necə ki, 27 aydan çoxdur müxtəlif şərtlərlə sülhdən yayınır, indi də eyni mövqe davam edəcək. Artıq onun üçün bəhanə də hazırdır: “Qarabağın təhlükəsizliyi beynəlxalq mexanizmlər tətbiq olmaqla” şərtinin Azərbaycan tərəfindən qəbul edilməyəcəyini bilir, amma zamanı uzatmaq üçün yenə də bir şərt irəli sürür. Burada “Qərbdən aldığı təlimatlar” az inandırıcıdır, Fransa istisna olmaqla, zamanın uzanmasında daha çox başı Ukraynada dərddə olan Rusiya maraqlıdır. Ona görə də biz sülh müqaviləsi prosesinə bir qədər fasilə verib, əsas siyasi zərurət yaranarsa, hərbi basqımızı Qarabağ istiqamətinə yönəltməliyik. İlk işimiz yaxın günlərdə sərhəd-nəzarət buraxılış postunun yaradılması olmalıdır, ardınca erməni silahlı qüvvələrinin Azərbaycandan çıxarılması tələbi ilə sərt mövqe bildirməliyik. Bu işlərdə isə bizim qarşı tərəfimiz Ermənistan yox, Rusiyadır. Rusiya ilə bu iki vacib məsələ çox tez bir zamanda həllini tapmalıdır”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR