İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq: "Gənci güllələyən polis gücü Makrondan alır" 

563 01.07.2023 18:48 Siyasət A A

Fransada davam edən iğtişaşlar fonunda iyunun 30-dan iyulun 1-nə qədər 471 nəfər saxlanılıb. Bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen məlumat açıqlayıb.

Qeyd edək ki, iyunun 27-də Fransada 17 yaşlı Əlcəzair əsilli oğlanın Paris ətrafındakı Nanter ərazisində polisin açdığı atəş nəticəsində ölməsindən sonra ölkəni etiraz dalğası bürüyüb. Daha əvvəl yayılan məlumatda 600-dən çox etirazçının saxlanıldığı bildirilirdi.

"Polisin özbaşınalığı, irqi zəmində qətlləri Fansanın dövlət siyasətidir. 17 yaşı yenicə tamam olmuş gənci güllələyən polis gücü Emmanuel Makrondan alır".

Musavat.com xəbər verir ki, bu sözləri politoloq Yeganə Hacıyeva Fransadakı vəziyyəti şərh edərkən deyib.

yegane.jpg (246 KB)

Politoloq qeyd edib ki, Fransada irqi zəmində polis özbaşınalığı dövlət terroru səviyyəsindədir:

"Pandemiya zamanı Paris və digər şəhərlərdə müsəlmanların kompakt yaşadığı məhəllələrdə polis Fransanın qalan hissəsinə nisbətən iki dəfə çox yoxlama həyata keçirib. Bu reydlərdə polis ancaq maska istifadə etmədiyi üçün öldürdüyü şəxslər arasında çoxluq müsəlman və qeyri-fransızlardır. Fransız polisinin qanunsuz güc tətbiq etdiyinə dair çoxlu sayda sənədləşdirilmiş hallar var. Buna görə də Fransa Avropa İnsan Haqları Məhkəməsinin işlərində müntəzəm olaraq çıxış edir.

Fransa hakimiyyəti cəmiyyətlə hesablaşmamağın ölkədə yaratdığı ictimai-siyasi böhrana polisin etirazçılara qarşı şiddəti və zorakılığı ilə cavab verir".

Yeganə Hacıyeva həmçinin vurğulayıb ki, Fransa polisi ən sərt formada cəmiyyətin müsəlman və qeyri-fransız kəsimi ilə davranır:

"Əlcəzairli 17 yaşı yeni tamam olmuş gəncin qətlini polis öncə itaətsizlikdə günahlandırdı və gəncin guya polisləri maşınla əzmək istədiyi üçün güllələndiyini bildirdi. Lakin sonradan yayımlanan və AFP agentliyinin təsdiqlənmiş videosu hadisənin fərqli, polisin gənci qəsdən öldürməsi həqiqətini üzə çıxardı. Etirazçıların qəzəbinə əlavə olaraq polisin yeniyetməni hansı şəraitdə vurduqları barədə əvvəlcə yalan danışması səbəb oldu.

Polisin irqi zəmində 17 yaşlı uşağı günün günorta çağı öldürüb, günahı həm də onun üzərinə atması həqiqəti video yayılanda üzə çıxdı.

Aprel ayında Fransa polisinin iki hicablı müsəlman qadına hücum anını əks etdirən videogörüntülər ictimaiyyətin hiddətinə səbəb olmuşdu. Aprelin 14-də lentə alınan videoda Fransa hüquq-mühafizə orqanları Parisin şimal-qərbindəki Asnier-sur-Seine şəhərində küçənin ortasında iki hicablı qadına qarşı əsassız şiddət, qeyri-mütənasib güc tətbiq etmişdilər. Görüntülərdə polis onlardan birini döyür, digərini isə itələyib yerə yıxmışdı.

Paris Polis Departamenti Tvitter hesabında bu irqçilik zəminində şiddəti müdafiə edərək "üstünlük müsəlman qadınlarda olduğu halda polis patrulu sirena ilə yol keçmək istəyərkən qadınların polisə yol vermədiyi üçün "qəzəbləndiyini" və polisə hörmətsizlik göstərdiyi üçün onları döydüyünü yazmışdı. Paris Polis Departamenti əməkdaşlarının irqçilik zəminində iki müsəlman qadını döyməsi azmış kimi, hələ qadınlardan şikayət edəcəyini də bildirmişdi".

Politoloq qeyd edib ki, Fransada irqi zəmində şiddət göstərən polis dəyənəyi prezident Emmanuel Makronun əlindədir:

"Polis zorakılığı cəmiyyətdə gərginlik yaratmaqla yanaşı, həm də polis tərəfindən Makron siyasətinə xidmət kimi qəbul edilir. Etirazlarda asayişin qorunması irqi ayrıseçkilik tələbi Fransanın daxili işlər nazirindən gəlib. O isə Fransa prezidenti Emmanuel Makrona tabedir. Bu da o deməkdir ki, etirazçılara qarşı dini, irqi zəmində şiddət göstərən polis dəyənəyi Makronun əlindədir".

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR