İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq: “Bu, Qarabağdakı erməniləri aqressiv separatizmə yönəltmək cəhdidir” 

619 19.04.2023 15:51 Siyasət A A

“Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Qarabağ iqtisadi rayonu var. Dağlıq Qarabağ SSRİ dövründə siyasi məqsədlərlə rəsmi leksikona gətirilmiş ifadədir və onun siyasi, tarixi və hüquqi baxımdan heç bir əsası yox idi. Qarabağın mövzu olduğu Ermənistan-Azərbaycan münaqişəsi də artıq həll edilib”.

Bu sözləri politoloq Yeganə Hacıyeva Musavat.com-a açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, münaqişənin həll olunmadığı və ya Dağlıq Qarabağ münaqişəsi ifadəsini işlədənlər regionu yeni təhlükələrə sürükləməyə çalışanlardır:

“İstər Aİ, istər Dövlət Departamenti rəsmilərindən, xüsusilə Fransanın səfirindən tez-tez təkrarlanan “Dağlıq Qarabağ” münaqişəsi həll olunmayıb fikirlərini eşidirik ki, bunlar çox ciddi fəsadlara gətirib çıxara biləcək açıqlamalardır. Bu, Ermənistandan alət kimi istifadə etmək, Ermənistanda revanşizmə dəstək vermək və Qarabağda olan erməniləri aqressiv separatizmə yönəltmək cəhdidir.

Münaqişənin hərbi hissəsi bitib, geridə qalan hissəsi isə siyasi tənzimləmə tələb edir. Azərbaycan bunu dəfələrlə qeyd edib, amma burda bir məsələ də var ki, siyasi tənzimləmə Ermənistanla sərhəd, kommunikasiya və s. Qarabağla, oradakı etnik erməni vətəndaşlarla bağlı bütün münasibətlər isə hüquqi məsələlərdir və bu, Azərbaycan Konstitusiyası, qanunları əsasında həll edilməlidir və ediləcək. Hər hansı üçüncü tərəfə Azərbaycanın suveren əraziləri barədə hökm danışmağa hüquq verilməyib.

Azərbaycan Prezidenti də dedi ki, Ermənistan rəsmən tanımalıdır ki, Qararağ Azərbaycandır. Prezident İlham Əliyev 2021-ci ildə konkret bildirdi ki, “Mən deyirəm, mən Azərbaycan Prezidenti deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status yoxdur! Zəngəzur bizim dədə-baba torpağımızdır!””

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR