İnsanlara hürriyət, millətlərə istiqlal!

Politico: Co Bayden Çin liderinə “İrana dəstəyini çək” mesajını verəcək

470 11.11.2023 13:25 Dünya A A

ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Cinpin ilə çoxdan gözlənilən görüşü zamanı bəzi sərt tələblər irəli sürəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə nüfuzlu Politico portalı məlumat yayıb.

Saytın informasiyasına əsasən, Birləşmiş Ştatlar rəsmi Pekindən “Yaxın Şərqdə daha geniş regional münaqişənin qarşısını almaq üçün İran üzərində bütün təsir imkanlarından istifadə etməyə” çağırır.

Bayden və Si arasında danışıqların noyabrın 15-də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacağı qeyd olunur. Sammit San-Fransiskoda keçiriləcək.

“Politico”nun həmsöhbətlərindən birinin dediyinə görə, bundan sonra Tehranın istənilən “təxribatçı hərəkəti” Vaşinqtonun cəld reaksiyasına səbəb olacaq. ABŞ administrasiyası Livanda yerləşən iranpərəst radikal Hizbullahın HƏMAS hərəkatının çağırışlarına cavab verə biləcəyindən və İsrailə qarşı ikinci “müqavimət cəbhəsi” aça biləcəyindən ehtiyat edir.

“Politico” Pekin və Tehran arasında münasibətlərin mahiyyəti haqqında yazaraq onlar arasında “strateji tərəfdaşlığın mövcudluğunu vurğulayıb. Çin bu tərəfdaşlığı neft alışı və investisiyaları ilə gücləndirir. Saytın bildirdiyinə əsasən, ikitərəfli təmaslar həm də Birləşmiş Ştatlara qarşı qarşılıqlı antipatiyadan qaynaqlanır.

Portalın başqa bir mənbəsi ABŞ və Çin liderləri arasında gözlənilən danışıqları “sərt söhbət” kimi səciyyələndirir. Müzakirələrdə İrandan başqa ABŞ-Çin münasibətlərinin bütün əsas məsələlərin, o cümlədən insan haqları, Tayvan boğazında artan gərginlik və Pekinin Rusiya ilə Ukrayna arasında müharibəsini dəstəyi ilə bağlı yaranan problemlərin müzakirə olunacağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR