İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisdən ƏMƏLİYYAT: 63 nəfər SAXLANILDI

1701 20.08.2022 10:40 Kriminal A A

Daxili İşlər Nazirliyi (DİN) avqustun 19-da qeydə alınmış hadisələrlə bağlı statistik rəqəmləri açıqlayıb.


Musavat.com xəbər verir ki, DİN-in mətbuat xidmətinin məlumatına görə, ötən gün axtarışda olan ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR