İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis bu sürücüləri cərimələdi - FOTO

695 07.09.2022 22:06 Hadisə A A

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma qaydalarını pozan sürücülərin müəyyən olunması, onların maarifləndirilməsi məqsədlə şəhər ərazisində növbəti nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən yoxlamalar zamanı bəzi şəxslərin nəqliyyat vasitələrini müəyyən olunmayan yerlərdə, avtobus dayanacaqlarında, piyada səkilərində park etdikləri aşkarlanıb. Onlara törətdikləri qayda pozuntuları barədə məlumat verilib, bu kimi halların digər hərəkət iştirakçılarının da narazılığına səbəb olduğu izah edilib.

Həmin sürücülər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

balaken_reyd_070922_2.jpg (135 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR