İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis bu şəxslə bağlı əhaliyə müraciət etdi - FOTO

1819 04.07.2023 18:08 Hadisə A A

Masallıda 62 yaşlı kişi itkin düşüb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Böyük Xocavar kəndində yaşayan 1961-ci il təvəllüdlü Məmmədov Mehman Nəzir oğlu iyun ayının 14-ü saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

"Mehman Məmmədovun əlamətləri bunlardır: Boyu 168 sm, gözləri qəhvəyi rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində mavi rəngli qısqaqol köynək, tünd göy rəngli şalvar, qara rəngli ayaqqabı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR