İnsanlara hürriyət, millətlərə istiqlal!

"Polat Alemdar"ın son halı hər kəsi təəccübləndirdi - FOTO

10400 08.08.2023 23:38 Şou-biznes A A

Türkiyənin əfsanəvi seriallarından “Kurtlar Vadisi”ndə “Polat Alemdar”obrazına həyat verən Necati Şaşmazın son halı görənlərin təəccübünə səbəb olub.

Musavat.com Cebhe.info-ya istinadən xəbər verir ki, məşhur aktyorun saçlarının ağarması diqqət çəkib.

Bir fanatı Necati Şaşmazla çəkdiyi “selfie”ni sosial şəbəkələrdə paylaşıb, ardınca isə həmin foto trendə çevrilib.

Onun papaqla gəlməsi də xeyli marağa səbəb olub. Necati Şaşmaz ötən ay həccə getməsindən sonra günlərini dini kitablar oxuyaraq keçirdiyini bildirib.

Qeyd edək ki, izləyicilər uzun zamandır “Kurtlar Vadisi Kaos” serialının yayımlanmağa başlamasını gözləsə də, film şirkəti ilə telekanallar arasında danışıqlar növbəti dəfə uğursuz yekunlaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR