İnsanlara hürriyət, millətlərə istiqlal!

Polad Bülbüloğlu: "Bu festivalla bağlı and içmişdim ki..."   VİDEO

1035 13.05.2022 16:51 Mədəniyyət A A

 

"Bildiyiniz kimi "Xarıbülbül" festivalı ilk dəfə Şuşada 1989-cu ildə keçirilib. Həmin vaxt artıq hadisələr, "Topxana" məsələsi başlayırdı. Buna baxmayaraq, ard-arda 3 Beynəlxalq "Xarıbülbül" Festivalı keçirdik. Həmin vaxtlar 20-dən artıq qonağımız oldu. Biz 1992-ci ildə də bu festivalı təşkil etmişdik, amma Şuşa işğal olundu. O zaman and içmişdim ki, Şuşa şəhəri işğaldan azad olmayana qədər bu festival bir daha keçirilməyəcək".

Musavat.com bildirir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı ilə bağlı jurnalistlərə açıqlamasında deyib. Polad Bülbüloğlu festival təəssüratlarını bu cür bölüşüb:

"Çox xoşbəxtəm ki, Ali Baş Komandamız müharibə bitən kimi elan etdi ki, Şuşa mədəniyyət paytaxtıdır və "Xarıbülbül" festivalı keçiriləcək.

Ötən il sayca 4-cü "Xarıbülbül" Beynəlxalq Festivalı keçirildi. Festival çox uğurlu oldu və dünyada tanınmış sənətkarlarımız festivalda iştirak etdilər.

Çox xoşbəxtəm ki, bu günlərdə artıq V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirilir. Yenə də xarici ölkələrdən qonağımız var, festival yenə də öz beynəlxalq statusunu bərpa edib. İnanıram ki, bu festival hər il keçiriləcək və hər il qonaqların sayı artacaq, Şuşa əhalisi öz yurduna qayıdacaq.

Bu cür festivallar mədəniyyətimiz, hamımız üçün böyük töhfədir, böyük bir səhifəmizdir. Biz bu tarixi qoruyub, yaşatmalıyıq".

 

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR