İnsanlara hürriyət, millətlərə istiqlal!

Pişiyi vurmamaq üçün manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO

656 22.10.2022 18:33 Hadisə A A

Motosiklet kuryeri qəfil qarşısına çıxan pişiyi vurmamaq üçün istiqamətini dəyişərkən qəza törədib.

Musavat.com xəbər verir ki, sözügedən hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Yerə yıxılan kuryer yaralanarkən, qəza anı təhlükəsizlik kamerasına əks olunub.

Qəza ötən gün günorta saatlarında Sarıyer İstanbul Texniki Universitetinin qarşısında baş verib. Əldə edilən məlumata görə, İlhan Yelboğan adlı şəxs motosikleti ilə hərəkətdə olarkən anidən qarşısına çıxan pişiyi vurmamaq üçün manevr edib. İdarəetməni itirən kuryer motosikletdən yıxılaraq xəsarət alıb. Xəsarət alan kuryer Seyrantepe Etfal Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Kuryerin səhhətinin yaxşı olduğu öyrənilərkən, qəza anının görüntüləri sosial mediada paylaşılıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR