İnsanlara hürriyət, millətlərə istiqlal!

Pirallahı Sənaye Parkına 40 milyon manata yaxın investisiya yatırılıb

658 20.04.2022 13:42 İqtisadiyyat A A

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkında yeni rezident - “Medtest” MMC qeydiyyata alınıb, bununla da sənaye parkının rezidentlərinin sayı 5-ə çatıb.

Bu barədə Musavat.com-a İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib. Məlumata görə, “Medtest” MMC Pirallahı Sənaye Parkının ərazisində “Qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplər istehsalı layihəsi” həyata keçirəcək.

Layihənin investisiya dəyəri 2,75 milyon manat təşkil edir. Bunun 82 %-i təsisçi, 18 %-i Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti hesabına formalaşdırılacaq.

İstehsal olunacaq məhsullar ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

Müəssisədə 20 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.

Qeyd edək ki, 2021-ci ilin sonuna olan məlumata görə, Pirallahı Sənaye Parkına 36,7 milyon manat investisiya yatırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR