İnsanlara hürriyət, millətlərə istiqlal!

Pilotun Hataydan qayıdan xilasedicilərə təşəkkürü izləyici rekordu qırdı - VİDEO

1130 21.02.2023 17:04 Gündəm A A

Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdən sonra Hataya yollanan İstanbul Böyükşəhər Bələdiyyəsinin axtarış-xilasetmə qrupları vəzifələrini tamamladıqdan sonra geri yola düşüblər. Ancaq onları təyyarədə sürpriz gözləyib.

Publika.az xəbər verir ki, uçuşdan əvvəl pilot onların qarşısına çıxıb və "Sizin qarşınıza dünyanı da sərsələr, haqqınızı əsla verə bilmərik", - deyə minnətdarlıq edib.

Pilotun sözləri xilasedicilər tərəfindən alqışlarla qarşılanıb.

İstanbul meri Əkrəm İmamoğlunun özünün sosial şəbəkə hesabından paylaşdığı kadrlar istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb və internetdə geniş yayılıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR