İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiandan TƏCİLİ MÜRACİƏT: 30 milyon nəfərdən KÖMƏK İSTƏDİ

2022 25.04.2026 21:52 Dünya A A

İran prezidenti Məsud Pezeşkian ölkədə enerji istehlakının idarə olunmasına kömək məqsədilə 30 milyon könüllüyə müraciət ünvanlayıb.

Musavat.com xəbər verir ki, dövlət başçısı bu barədə ölkənin Daxili İşlər Nazirliyində keçirilən tədbirdə danışıb.

SNNTV-nin məlumatına görə, Pezeşkian çıxışında hər kəsi bu prosesdə iştirak etməyə çağırıb:

"30 milyon könüllüdən xahiş edirəm ki, enerji istehlakının idarə olunmasında bizə kömək etsinlər. Sənaye müəssisələrinin elektrik enerjisini və qazını kəsmək olmaz".

Prezident həmçinin xatırladıb ki, mövcud enerji problemləri ABŞ və İsrailin İrana qarşı son hücumlarından sonra daha da kəskinləşib. Prosesin uğurla idarə olunması üçün cəmiyyətin bütün təbəqələrinin həmrəyliyi vacib hesab edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR