İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiandan ABŞ-da ŞOK AÇIQLAMA: "İran Rusiyanın Ukraynaya təcavüzünü heç vaxt dəstəkləməyib”

1128 24.09.2024 10:38 Region A A

Musavat.com xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında Rusiyaya ballistik raketlərin verilməsini təkzib edib.

O deyib ki, İran Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləmir. O, həmçinin müharibə məsələlərində Qərblə danışıqlara hazır olduğunu bildirib.

Pezeşkian qeyd edib ki, o, 2024-cü il iyulun 30-da vəzifəyə başladıqdan sonra Rusiyaya heç bir raket tədarükü olmayıb.

Musavat.com bildirir ki, Pezeşkianın bu açıqlaması Rusiya-İran münasibətləri konteksindən yanaşsaq, sensasion açıqlama hesab oluna bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR