2024-cü ildə Almaniyanın ÜDM-i əvvəlki illə müqayisədə 0,2 faiz azalacaq.
Musavat.com Almaniya Destatis Federal Statistika İdarəsinin ilkin məlumatlarına istinadən xəbər verir ki, bu, Almaniya iqtisadiyyatının artıq ikinci ildir ki, tənəzzülə uğradığını göstərir. 2023-cü ildə ölkədə ÜDM 0,3 faiz azalıb.
Destatis-in baş icraçı direktoru Ruth Brand bildirib ki, "tsiklik və struktur amillər 2024-cü ildə iqtisadi dinamikanın yaxşılaşmasına mane olub":
"Xüsusilə əsas bazarlarda Almaniya ixracatı üçün artan rəqabət, artan enerji qiymətləri və yüksək olaraq qalan faiz dərəcələri və qeyri-müəyyənlik. Bu fonda Almaniyanın ÜDM-i yenidən azalıb”.
Almaniyada istehlak xərcləri 2024-cü ildə 0,3 artıb. Xərclərdə ən çox artım tibbi xidmət sahəsində (+2,8 faiz) müşahidə olunub. Eyni zamanda geyim və ayaqqabılara xərclər 2,8 faiz, restoran və barlara, o cümlədən mehmanxanalara isə 4,4 faiz azalıb. Dövlət xərcləri yüksək sosial müavinətlər hesabına 2,6 faiz artıb.
Ötən il əsas kapitala ümumi investisiya 2,8 faiz, o cümlədən tikinti sektoruna 3,5 faiz azalıb.
Destatis qeyd edir ki, 2024-cü ilin çətin iqtisadi iqlimi xarici ticarət məlumatlarında öz əksini tapıb. Ötən il Almaniya ixracının həcmi 0,8 faiz azalıb, idxal isə 0,2 faiz artıb.
Almaniyanın sənaye sektorunda aktivlik 3 faiz, tikintidə 3,8 faiz azalıb, xidmətlər sektorunda isə 0,8 faiz artıb.
Dərc edilmiş hesabatda Almaniyanın dördüncü rüb üçün ÜDM dinamikası ilə bağlı "çox ilkin" məlumatlar da var. Destatis qeyd edir ki, bu məlumatlar natamamdır. Hazırda mövcud olan məlumata görə, ölkə iqtisadiyyatı oktyabr-dekabr aylarında əvvəlki rüblə müqayisədə 0,1 faiz daralıb.
Musavat.com