İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovun xanımı və övladlarına da sanksiya tətbiq olundu

911 03.06.2022 17:47 Gündəm A A

Xəbər verdiyimiz kimi, bu gün Avropa İttifaqı Rusiya qarşı iqtisadi və fərdi sanksiyalardan ibarət altıncı sanksiya paketini dərc edib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, sanksiya siyahısına Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı Tatyana Navka, eləcə də Peskovun oğlu Nikolay Peskov və qızı Yelizaveta Peskova da əlavə edilib.

Bildirilir ki, Tatyana Navka, həmçinin Krım yarımadasında yerləşən şirkət və aktivlərin həmsahibidir. Aİ iddia edir ki, bununla da Navka Ukraynanın ərazi bütövlüyü, suverenliyi və azadlığına təhlükə doğurmağa yönələn fəaliyyətləri dəstəkləyir.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR