İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqonun rəhbəri gizli şəkildə xəstəxanaya yerləşdirilib

366 07.01.2024 14:09 Dünya A A

ABŞ müdafiə naziri Lloyd Ostin gizli şəkildə xəstəxanaya yerləşdirilib. Lakin Ağ Ev bundan 3 gün sonra xəbər tutub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Pentaqon nazirin xəstəxanada olması ilə bağlı məlumatı yalnız şənbə günü yayıb.

Belə ki, cümə günü axşam saatlarında yoxlamalardan sonra Lloyd Ostinin səhhəti pisləşib. Müdafiə naziri sonradan sağlığı ilə əlaqədar informasiyaların ictimaiyyətdən gizlədilməsi ətrafında yaranan söz-söhbətə aydınlıq gətirməli olub və məsuliyyəti öz üzərinə götürüb.

"NBC News" xəbər verir ki, Lloyd Ostin 4 gün Valter Rid Milli Hərbi Tibb Mərkəzində reanimasiya şöbəsində yatıb. Onun sözçüsü, Hərbi Hava Qüvvələri general-mayoru Pat Rayderin sözlərinə görə, nazir hətta şənbə günü orada qalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR