İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon məxfi sənədlərə çıxışı olan əməkdaşların sayını azaldıb

301 12.04.2023 15:20 Son xəbər A A

ABŞ Müdafiə Nazirliyi və kəşfiyyat xidmətlərinə aid məlumatların internetə sızmasından sonra Pentaqon məxfi sənədlərə çıxışı olan əməkdaşların bir hissəsini ixtisar edib.

AZƏRTAC CBS telekompaniyasına istinadla xəbər verir ki, aprelin 7-dən bəri məxfi məlumatlara çıxışı olan əməkdaşların sayı xeyli azalıb. Buna qədər onların sayı min nəfərə yaxın idi.

Ekspertlərin sözlərinə görə, ABŞ dövlət orqanlarının ofislərindəki printerlərin çoxu məxfi materialları çap edə bilmir. Buna icazəsi olan qurğular isə çapdan öncə qeydiyyatdan keçməli və unikal ID almalıdır. Bu səbəbdən sızmanın mənbəyini tapmaq istintaq üçün çətin olmayacaq.

Bir müddət öncə Ukrayna ordusunun əks-hücum hazırlığı, hava hücumundan müdafiə sistemlərinin düzülüşü, Kiyevə silah tədarükü və qoşunların sayı barədə məlumatlar “Twitter” və “Telegram” şəbəkələrinə yerləşdirilib. ABŞ Ədliyyə Nazirliyi və Pentaqon Vaşinqtonun və NATO-nun Ukraynaya dair planlarına aid məxfi sənədlərin sızması ilə bağlı təhqiqata başlayıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR