İnsanlara hürriyət, millətlərə istiqlal!

Pənah Hüseynlə Elxan Şükürlü “Canlı debat”da - Paşinyandan Rusiya ilə bağlı şok əmr

850 25.10.2023 13:30 Son xəbər A A

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində Rusiyanı nüfuzdan salmağı əmr edib.

Nəşrin sözlərinə görə, bir aylıq fasilədən sonra hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvləri Paşinyanın rəhbərliyi ilə kollegiya iclası keçirib. İclas zamanı Paşinyan və partiya üzvlərinin əsas müzakirə etdiyi məsələ hakimiyyətin qorunub saxlanması olub.

Ermənistan hökumətinin rəhbəri iclasda partiya yoldaşlarına deyib ki, ruslar onun əlindən hakimiyyəti almaq istəyir, bu səbəbdən hakimiyyəti saxlamaq üçün sərt və dəqiq addımlar atılmalıdır. Paşinyan Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi tapşırıb.
Nəşr onu da əlavə edib ki, Paşinyan, qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün resurslardan istifadə etməyi və anti-Rusiya tezislərinin istənilən platformada təbliğini əmr edib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz.

Qonaqlarımız AXP sədri Pənah Hüseynlə siyasi ekspert Elxan Şükürlüdür. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR