İnsanlara hürriyət, millətlərə istiqlal!

Pelosi də Baydendən üz döndərdi

606 18.07.2024 17:37 Dünya A A

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi hesab edir ki, Amerikanın hazırkı prezidenti Co Bayden seçkilərdə ölkənin keçmiş lideri Donald Trampa qalib gələ bilməyəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Kanalın xəbərinə görə Pelosi, hətta bununla bağlı Baydenlə telefon danışığı aparıb. Həmin görüş zaman keçmiş spiker çəkinmədən prezidentə yeni sorğuların nəticələrini göstərib. Nensi Pelosi Baydenə prezident seçkilərində qalib gələ bilməyəcəyini və hətta demokratları Nümayəndələr Palatasında qalib gəlmək şansından məhrum etdiyni açıq şəkildə söyləyib.

Lakin Pelosinin Baydendən seçki yarışından çəkilməsini istəyib-istəmədiyi məlum deyil. CNN bu barədə məlumata malik olmadığını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR