İnsanlara hürriyət, millətlərə istiqlal!

Payız Ermənistan üçün İSTİ keçəcək

553 08.08.2023 15:14 Son xəbər A A

Ermənistan parlamenti sentyabrın 12-də öz işini bərpa edəcək. Həmin vaxt bir sıra mühüm və səs-küylü qanun layihələri, o cümlədən Qarabağı Azərbaycanın tərkibində saymağı belə cinayət hesab edən qondarma “Ayakve” təşəbbüsü müzakirə olunacaq. Qanun layihəsi sentyabrın ortalarında parlamentə təqdim ediləcək və səs çoxluğu ilə qəbul edilməlidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

“Mənbələrimizə görə, hakim partiya artıq qanunun əleyhinə səs verməklə bağlı yekun qərarını verib. Parlamentin iclası zamanı Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Əsasnaməsinin ratifikasiyası məsələsinə də baxılacağı gözlənilir. Lakin bununla da bağlı hakim siyasi dairələrdə ciddi tərəddüd hökm sürür. Məsələ burasındadır ki, Rusiya ilə gərgin münasibətlər fonunda belə bir qanunun qəbulu (Putinin hətta Ermənistan ərazisində həbs olunmasına imkan verən - red.) Kremllə münaqişəni daha da dərinləşdirə bilər. Hər bir halda Ermənistan üçün payız isti keçəcək. Bir tərəfdən parlament iclasları, digər tərəfdən isə İrəvan bələdiyyəsinə seçkilər gözlənilir” - deyə qəzet yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR