İnsanlara hürriyət, millətlərə istiqlal!

“Past”: Köçəryanın oğlu deputat olmağı qəbul edib

508 04.11.2023 14:07 Siyasət A A

 

“Xəbər verildiyi kimi, Ermənistan parlamentində müxalif “Ermənistan” blokunun deputatı, professor Armen Çarçyan bu yaxınlarda mandatdan imtina edib”.

Dünən o da məlum olub ki, siyahıda ondan sonra gələn Mirdat Mədətyan, Angela Nalbəndyan və Gerasim Vardanyan MSK-ya onun yerinə mandatı almayacaqları barədə ərizə veriblər.

Belə olan halda növbə Robert Köçəryanın oğlu Levona çatır. Dünən bununla bağlı ehtimal olaraq informasiya da yayılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “Past” qəzeti məsələ ilə əlaqədar yeni məlumat əldə edib.

Qəzetin yazdığına görə, siyahıda 50-ci yerdə gələn və hazırda həbsdə olan  Levon Köçəryan mandatı qəbul edib.

Levon Köçəryan bu ilin sentyabrın 22-də İrəvanda Paşinyan iqtidarına qarşı iğtişaşları təşkil etdiyi üçün saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR