İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla bağlı SENSASİON İDDİA - 2018-ci ildən sonra... 

695 28.07.2023 18:34 Region A A

“Paşinyanın 2018-ci ildən sonra aldığını iddia etdiyi silahlar əslində bir işə yaramayıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan tərəfindən yerli mətbuata verdiyi müsahibədə səslənib.

Onun sözlərinə görə, sursatı olmayan və buna görə döyüş tapşırıqlarını həll edə bilməyən “Su-30” qırıcılarının alınmasına böyük vəsait xərclənib.

Digər problem isə dəfələrlə müzakirə olunan, İordaniyadan alınan, təmirə və modernləşdirməyə ehtiyacı olan “Osa-AK” hava hücumundan müdafiə sistemləri ilə bağlıdır. Abramyan Ermənistanın Fransa və Hindistanın silah sənayesinə göstərdiyi marağa da toxunub. Onun fikrincə, fransız silahlarına maraq olsa da, alqı-satqı həyata keçirilməyib və yaxın gələcəkdə tədarükün olacağı ehtimalı yoxdur.

Hindistan silahlarına gəlincə, onlar texniki və taktiki xüsusiyyətlərinə görə pis olmasa da, bütün modellər döyüş sınaqlarından keçməyib və bu, ciddi problemlər yarada bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR