İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın yaxın adamı Rusiyaya səfir gedir?

557 24.10.2023 15:57 Son xəbər A A

Ermənistanda hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Qurgen Arsenyan Ermənistanın Rusiya Federasiyasındakı səfiri vəzifəsinə namizədliyi ilə bağlı mətbuatda yayılan məlumatı təsdiqləyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərlə söhbətində danışıb.

Arsenyan səfir olmağa razı olub-olmayacağı ilə bağlı suala qəribə cavab verib: “Hesab edin, instituta daxil olub, sənədləri verib, imtahanlardan keçmisiniz, orada oxumayacaqsınız? Siz də mənə eyni sualı verirsiniz”, - deyə erməni siyasətçi bildirib.

Jurnalistlərin “Sizə belə bir təklif gəlibmi?” sualına Arsenyan daha da əsəbiləşib: “Mənim sənədlərim hazırda Rusiya Federasiyasındadırsa, necə təklif olmasın?”

Eyni zamanda, Qurgen Arsenyan Moskvanın onun namizədliyini rədd etməsi ilə bağlı məlumatları dezinformasiya adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR