İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyasında PANİKA HAVASI 

930 26.09.2023 13:43 Son xəbər A A

Son günlər Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasında ölkədəki vəziyyət, müxalifətin təşkil etdiyi mitinqlərlə bağlı daxili müzakirələr aparılıb. Təhlükəsizlik qüvvələrinin hesabatları əsasında vəziyyəti qiymətləndirdikdən sonra partiya üzvləri sakitləşib və panika artıq keçib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

Təhlükəsizlik qüvvələrinin təqdim etdiyi statistik məlumatlara görə, müxalifət liderləri qəti addımlar atmadığı üçün artıq küçələrdə əvvəlki gərginlik hiss olunmur. Elə bu səbəbdəndir ki, bir neçə günlük sükutdan sonra son günlər “Vətəndaş sazişi”nin bəzi üzvləri feysbukda cəsarətli statuslar yazmağa başlayıblar.

“Bir sözlə, hakim partiya müxalifətin bu dəfə də iqtidarı ala bilməyəcəyinə əmindir. Yada salaq ki, İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə də həmin partiyanın deputatları 50%+ səs alacaqlarına əmin idilər, lakin nəticədə 32,57% toplayıblar və hələ də İrəvanda yeni mer yoxdur”, - deyə qəzet yazır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR