İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın kortejinin öldürdüyü qadının ailəsindən ETİRAZ FOTO

831 26.04.2023 19:03 Son xəbər A A

İrəvanın Paronyan-Leo küçələrinin kəsişməsində Ermənistanın baş naziri Nikol Paşinyanın kortejinin avtomobillərindən birinin Sona Mnatsakanyanı vuraraq öldürməsindən bir il ötür.

Musavat.com erməni mediasına istinadən bildirir ki, hazırda iş məhkəmə mərhələsindədir, şahidlər dindirilir, lakin zərərçəkmişin varisləri və onların vəkili işin gedişindən narazıdır.

Ölən qadının atası Mnatsakan Mnatsakanyanın Ermənistan mediasına verdiyi məlumata görə, iş üzrə şahidləri qorxudurlar. “Hamısı eyni şeyi deyir. Araşdırmalar zərbə anında sürətin 100 km/saat olduğunu müəyyən etdi. Amma bu insanlar bunun belə olmadığını deyirlər, baxmayaraq ki, sübutlar var” - zərərçəkən bildirib.

Öz növbəsində zərərçəkmişin vəkili Raffi Aslanyan iddia edib ki, obyektiv və dolğun istintaq aparılmayıb: “Kortejdəki avtomobillər arasındakı radio rabitəsinin yazısı əslində məhv edilib, polis bunu heç vaxt təqdim etməyib və qeyd edib ki, texniki səbəblərə görə çəkiliş aparılmayıb. Üstəlik, hüquq-mühafizə sistemi çox koordinasiyalı şəkildə işləyir, hər şey işin təfərrüatını gizlətmək üçün edilir. Müəyyən bir istiqamət var, ən yüksək səviyyədə”.

Aslanyanın sözlərinə görə, müttəhim Aram Navasardyan azadlığa buraxılması üçün hər vasitə ilə müdafiə olunur. “Mən başa düşmürəm bütün bunlar niyə baş verir? İlk baxışdan bu, heç bir çətinliyi olmayan bir işdir. Təbii ki, bu, baş nazirin kortejidir, amma günahkar konkret şəxsdir, niyə belə himayədarlıq göstərilir? Burada nəyinsə səhv olduğuna, yəni hər cür şəkildə gizlədilən bir vəziyyətin olduğuna dair əsaslı şübhə yaranıb”, - deyə o əlavə edib.

Xatırladaq ki, ötən ilin aprelində baş nazir Nikol Paşinyanın kortejini müşayiət edənlərdən birinə məxsus avtomobil 28 yaşlı hamilə qadını vuraraq öldürüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR