İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı sülh müqaviləsindən DANIŞDI 

664 13.12.2023 14:50 Son xəbər A A

“Ermənistan Azərbaycanla danışıqlar prosesində müəyyən ardıcıllığı təmin etməyə çalışır və Qərb platformalarında əldə edilmiş əvvəlki prosesləri nəzərə alaraq, danışıqların bu formatlar çərçivəsində davam etdirilməsinin təmin edilməsinə üstünlük verir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan danışıb.

Onun sözlərinə görə, əvvəllər xarici işlər nazirləri səviyyəsində bir neçə görüş keçirilib, lakin iki ölkə liderləri də Brüsseldə bir neçə dəfə görüşüblər və orada fundamental məsələlər razılaşdırılıb.

“Sülh müqaviləsi layihəsinin, eləcə də fundamental məsələlərin müzakirəsi əvvəlki dövrdə aparılıb. Ona görə də Ermənistan burada səmərəliliyin olduğunu düşünür. Danışıqları davam etdirmək və sıfır nöqtəsinə qayıtmamaq çox vacibdir”, - deyə Xandanyan bildirib.

Xandanyanın bildirdiyinə əsasən, Rusiyanın vasitəçiliyi ilə 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalansa da, lakin sonra onun bir çox bəndi həyata keçirilməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR