İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı: “Ermənistan Azərbaycanla dərin danışıqlar prosesindədir”

613 12.12.2023 14:32 Son xəbər A A

“Ermənistan Azərbaycanla sülh müqaviləsi ilə bağlı dərin danışıqlar prosesindədir, bu gün saziş və ondan irəli gələn addımların ardıcıllığı bizim gündəliyimizdədir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin regional və Avrasiya inteqrasiyası üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasının üzvü Vaqarşak Akopyan deyib.

“Hesab edirəm ki, biz sülh müqaviləsinin və sülhün bərqərar olmasının danılmaz reallığa çevrilməsi üçün bütün mümkün platformalardan istifadə etməliyik”, - deyə o bildirib.

Erməni deputat Azərbaycana qarşı böhtan atmaqdan da çəkinməyib və Bakını əsassız yerə “hərbi cinayətlərdə” suçlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR