İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan valideynlərə ŞOK məsləhət

1792 04.08.2023 15:29 Son xəbər A A

Xəbər verdiyimiz kimi, 44 günlük müharibə zamanı itkin düşən hərbçilərin valideynləri və yaxınları Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.

Musavat.com erməni mediasına istinadən bu barədə növbəti xəbəri təqdim edir.

Etirazçılardan birinin sözlərinə görə, sonuncu dəfə valideynlər Nikol Paşinyanla görüşəndə baş nazir deyib: “Mən başa düşmürəm, sizin evdə başqa uşağınız yoxdur? Gedin sağ uşaqlarınıza baxın! Niyə həmişə itkin düşmüşlərlə məşğul olursunuz?”

Son məlumata görə, hökumət binası qarşısındakı aksiyadan sonra etirazçılar 44 günlük müharibə ilə bağlı suallarına cavab almaq üçün parlamentin İstintaq Komissiyasının sədri Andranik Köçəryanla görüşə gediblər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR