İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan sülh müqaviləsi ilə bağlı MÜHÜM AÇIQLAMA

4869 10.11.2023 19:03 Siyasət A A

“Əgər Azərbaycan artıq razılaşdırılmış məsələləri təsdiqləsə, o zaman sülh müqaviləsi üzrə işlərin 70%-i tamamlanacaq”.

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da Parisdə keçirilən “Altıncı Sülh Konfransı”nda belə bir iddia ilə çıxış edib.

“Ən əsası odur ki, Azərbaycan Brüsseldə artıq razılaşdırılanları və Avropa Şurasının rəhbəri Şarl Mişelin ictimai bəyanatlarında yer alanları təsdiq edəcəkmi?”, - Paşinyan əlavə edib.

Baş nazir Tehranın mövqeyindən də bəhs edib. Onun sözlərinə görə, İran açıq şəkildə bəyan edib ki, o, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh prosesini dəstəkləyir.

“Bu gün danışdığım prinsiplər bunlardır. Bu prinsiplər Brüsseldə keçirilən üçtərəfli görüş zamanı razılaşdırılıb. Qranada görüşünün məqsədi artıq razılaşdırılmış prinsipləri təsdiqləmək idi”, - deyə Ermənistanın baş naziri əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR