İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan ŞOK AÇIQLAMA: “44 günlük savaşın ortasında...”

2011 18.04.2023 16:35 Son xəbər A A

Ermənistan baş naziri Nikol Paşinyan bu gün parlament iclasında etdiyi çıxışda 44 günlük savaşın gedişində hansı səbəbdən atəşkəs haqqında anlaşmanı imzalamadığı barədə danışacağıını vəd edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Nikol Paşinyan bununla bağlı parlamentin xüsusi təhqiqat komissiyasına izahat verəcəyini söyləyib.

Ermənistan baş nazirinin etirafına görə, müharibədə elə epizodlar ola bilər ki, onları ictimaiyyətə çatdırmaq mümkün deyil. Bununla yanaşı, Paşinyan 2020-ci il oktyabrın 19-da - Şuşa azad olunmazdan əvvəl atəşkəs sazişinin imzalanması ilə bağlı müzakirələrin təfərrüatlarını açıqlayacağını bildirib.

“Əminəm ki, mən onları istintaq komissiyasına təqdim edəndə bunun açıq elan olunması barədə qərar veriləcək”, - deyə Paşinyan söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR