İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: "Vaşinqtonda tərəflər bir-biri ilə birbaşa ünsiyyət qurdu"

506 22.05.2023 14:25 Son xəbər A A

Vaşinqtondakı danışıqlardan ən mühüm nəticə ondan ibarətdir ki, “X” anından sonra tərəflər öz narahatlıqlarını, etimadsızlıq səbəblərini və əsaslarını təqdim edərək bir-biri ilə birbaşa və açıq ünsiyyət qurmağa başlayıblar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında deyib.

“Həmin danışıqlarda tərəflər üçün əvvəllər ciddiyə alınmayan nüanslar ortaya çıxdı”, - deyə o, bildirb.

Vaşinqtondakı danışıqların ən böyük xüsusiyyəti, məncə, söhbətin üslubudur, daha açıq səciyyə daşımasıdır. Sətiraltı mənalar azalan kimi, tərəflər bir-birlərinə daha anlaşıqlı davranmağa başladı. Şəxsən bizdə belə bir təəssürat yaranıb, amma Azərbaycanın adından danışa bilmərəm”, - deyə erməni baş nazir bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR