İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Tehranda - VİDEO

537 03.07.2026 12:18 Dünya A A

Ermənistanın baş naziri Nikol Paşinyan Tehranda İran prezidenti Məsud Pezeşkianla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Paşinyan görüş zamanı İranın ali dini lideri Əli Xameneinin vəfatı ilə əlaqədar bir daha başsağlığı verib və Ermənistanın İran xalqının kədərini bölüşdüyünü deyib.

İran prezidenti Məsud Pezeşkian isə Paşinyana rəsmi vida mərasimində iştirakına görə təşəkkür edib. O, Tehranın Ermənistanın mövqeyini və İran üçün çətin dövrdə göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirdiyini bildirib.

Pezeşkian, həmçinin Paşinyanı parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib və iki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

pezeskian.jpg (98 KB)

Görüşdə regional vəziyyət də müzakirə olunub. Tərəflər sülhün, sabitliyin və regional əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addımların vacibliyini vurğulayıblar.

Məlumata görə, Ermənistan nümayəndə heyətinə baş nazirin müavini Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vaan Kostanyan da daxildir.

Qeyd edək ki, Nikol Paşinyan Tehrana İranın ali dini lideri Əli Xameneinin vida mərasimində iştirak etmək üçün səfər edib.

Paşinyan 2.jpg (83 KB)

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR