İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində vida anları: Simonyanı belə yola saldılar-VİDEO

1423 03.07.2026 14:05 Dünya A A

Ermənistan parlamentinin sədri vəzifəsindən istefa verən Alen Simonyan qanunverici orqanla vida anlarını əks etdirən görüntüləri ictimaiyyətlə bölüşüb.

Musavat.com bildirir ki, Simonyan sosial şəbəkə hesabında Ermənistan parlamentindən alqışlarla yola salındığını göstərən video yayımlayıb. Kadrlarda parlament zalında az sayda deputatın olduğu görünür. Bununla belə, iştirak edən deputatlar keçmiş spikeri alqışlarla yola salıblar.

Xatırladaq ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndəsi olan Alen Simonyan 2021-ci ilin avqustunda Ermənistan parlamentinin sədri seçilmişdi. Həmin vaxt 107 deputatdan səsvermədə iştirak edən 71 millət vəkilinin hamısı onun namizədliyini dəstəkləmişdi. Müxalifət fraksiyalarının nümayəndələri isə səsverməni boykot edərək iştirak etməmişdilər.

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR