Ermənistanın Baş naziri, "Vətəndaş Müqaviləsi" Partiyasının lideri Nikol Paşinyan parlament seçkilərində səs verib.
Musavat.com xəbər verir ki, əvvəlki səsvermədən fərqli olaraq, o bu gün seçki məntəqəsinə ailə üzvləri olmadan, tək gəlib.
Xatırladaq ki, Ermənistanda 2 milyon 485 min 851 vətəndaş səsvermə hüququna malikdir. Seçkilərdə 2 blok və 16 partiya iştirak edir. Bunlar "Ermənistan" və "Güclü Ermənistan" blokları, həmçinin "Vətəndaş Müqaviləsi", "Çiçəklənən Ermənistan", "Meritokratik Ermənistan", "Hamıya Qarşı", "Demokratik Konsolidasiya", "Birlik Qanadları", "Maariflənmiş Ermənistan", "Milli-Demokratik Qütb", Xristian-Demokrat Partiyası, Erməni Milli Konqresi, "Yeni Güc", "Respublika", İslahatçı Partiya, "Demokratiya, Qanun, Nizam", "Koçari Milli Dirçəliş və Millətin Oyanışı" və "Respublika naminə Demokratiya Müdafiəçiləri İttifaqı" partiyalarıdır.
Şahanə Rəhimli
Musavat.com






