İnsanlara hürriyət, millətlərə istiqlal!

Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır

2182 27.06.2026 21:59 Dünya A A

Serbiya prezidenti Aleksandar Vuçiç gözlənilməz açıqlama ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Aleksandar Vuçiç Belqradda keçirilən hökumətyönlü mitinqdə çıxışı zamanı yaxın vaxtlarda prezident vəzifəsindən ayrılacağını bəyan edib.

"Bu qədər insanın qarşısında prezident kimi son dəfə çıxış edirəm. Mən 14 il ərzində ölkəmə tutduğum bütün vəzifələrdə sədaqətlə xidmət etdim", - deyə Vuçiç bildirib.

Qeyd edək ki, Vuçiçin prezident kimi hazırkı səlahiyyət müddəti 2027-ci ilin yazında başa çatmalıdır. Buna baxmayaraq, o, yaxın həftələrdə vəzifəsini tərk edəcəyini və ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR