Çexiyada məhkumlar otbiçən texnikaların altında qalmaq təhlükəsi ilə üzləşən balaca cüyürləri xilas etmək üçün hər səhər tarlalara çıxırlar.
Musavat.com xəbər verir ki, Çexiyanın Rınovitse həbsxanasında saxlanılan məhkumlar artıq üçüncü həftədir ki, hər gün sübh tezdən tarlalara gedərək ot biçini başlamazdan əvvəl balaca cüyürləri təhlükəsiz ərazilərə köçürürlər.
Əməliyyat həbsxana əməkdaşları və yerli ovçuların nəzarəti altında həyata keçirilir. Termal kameraların köməyi ilə aşkarlanan balaca cüyürlər təhlükəsiz yerlərə aparılır.
Həbsxana rəhbərliyi bildirib ki, bu təşəbbüs məhkumların yenidən cəmiyyətə inteqrasiyasına yönəlmiş reabilitasiya proqramının bir hissəsidir.
Musavat.com






