İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhəmməd Salah İranla matçda zədələndi

797 27.06.2026 22:43 İdman A A

Misir yığmasının kapitanı Məhəmməd Salah 2026-cı il dünya çempionatının qrup mərhələsində İranla matçda (1:1) zədələnib. Hücumçu 57-ci dəqiqədə əvəzlənməyi xahiş edib.

Misir yığmasının baş məşqçisi 34 yaşlı forvardın bud əzələsində problemin yarandığını təsdiq edib. Misir Futbol Assosiasiyası bildirib ki,futbolçu zədənin ağırlıq dərəcəsini müəyyən etmək üçün tibbi müayinəyə göndərilib. Bərpa müddətləri ilə bağlı təfərrüat hələlik açıqlanmır.

Qeyd edək ki, Misir yığması beş xal toplayaraq qrupda ikinci yeri tutaraq tarixində ilk dəfə pley-offa çıxıb. (Oxu.Az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR