İnsanlara hürriyət, millətlərə istiqlal!

Yüzlərlə hamilə balina doğmaq üçün... - Video

3086 28.06.2026 01:12 Dünya A A

Balalarını dünyaya gətirmək üçün yüzlərlə cənub balinası Argentinanın Valdes yarımadası və ətraf sahillərinə miqrasiya edib.

Musavat.com xəbər verir ki, turistlər və yerli sakinlər balinaların sahilə cəmi bir neçə on metr məsafədə üzdüyü anları müşahidə ediblər.

Məlumata görə, cənub balinaları hər il bala vermək və balalarını qorumaq üçün daha sakit və təhlükəsiz sahil sularına üz tutur. Bu səbəbdən Argentinanın Valdes yarımadası onların əsas toplaşma məkanlarından biri hesab olunur.

Bölgədə çəkilən görüntülərdə nəhəng dəniz məməlilərinin sahilə yaxın sularda hərəkət etdiyi və bəzən suyun səthinə çıxaraq müşahidəçilərə unudulmaz mənzərə təqdim etdiyi görünür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR