İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Sarkisyanın kürəkəninə: “Başını divara çırpsın”

1489 22.01.2026 00:59 Dünya A A

Ermənistan parlamentində baş nazir Nikol Paşinyanla müxalifət arasında gərginlik pik həddə çatıb.

Musavat.com xəbər verir ki, müxalif deputat Anna Qriqoryan Paşinyanı keçmiş prezident Serj Sarkisyanın kürəkəni, oliqarx Mikael Minasyandan rüşvət almaqda ittiham edib.

Qriqoryan bildirib ki, hökumətin üzvlərinə verilən milyonlarla dram həcmində mükafatlar “keçmiş rejimin korrupsiya praktikasının” eyni formada, lakin bu dəfə dövlət büdcəsi hesabına davamıdır. Deputat xatırladıb ki, Paşinyan daha əvvəl müxalifət nümayəndələrini Minasyandan və sabiq prezident Robert Koçaryandan “zərflə pul almaqda” ittiham edib.

Baş nazir isə cavabında mükafatların keçmiş illərdə talan edilmiş vəsaitin cüzi bir hissəsi olduğunu bildirib və bu pulların büdcəyə qaytarıldığını deyib. Paşinyan bunu ölkədə yoxsulluğun azaldılmasına xidmət edən addım kimi təqdim edib. 

Lakin onun emosional reaksiyası daha çox diqqət çəkib. Paşinyan rüşvət ittihamına belə cavab verib: “Mişikin mənə zərflə pul verdiyini sübut edən bir dəlil varsa, qoy onu deyən də, Mişik də gedib başını divara çırpsın”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR